• Bakı 25° C

    4.05 m/s

  • USD - 1.7

    EUR - 1.9847

    RUB - 2.1795

Şəki sakini çaqqalın hücumuna məruz qaldı

CƏMİYYƏT

20 Iyul 2024 | 00:47

Şəki sakini çaqqalın hücumuna məruz qaldı

Şəki sakini çaqqalın hücumuna məruz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Böyük Dəhnə kənd ərazisində baş verib. Belə ki, 64 yaşlı kənd sakini Nəsir İsmayılov axşam saatlarında mal-qaranı örüşdən evə gətirən zaman qarşısına çaqqal çıxıb. Vəhşi heyvan əvvəlcə mal-qaraya, daha sonra ona hücum edib. Nəsir İsmayılov mal-qaranı çaqqaldan mühafizə edərkən vəhşi heyvan onun sağ ayağının baldır nahiyəsindən xəsarət yetirib.

Kənd sakini özünü çaqqaldan müdafiə etməyə başlayıb və nəticədə onu öldürüb.

Son anda hadisə yerinə yetişən digər sakinlərin köməyi ilə Nəsir İsmayılov dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona xəstəxanada ilkin tibbi yardım göstərilib. İlk növbədə quduzluq əleyhinə peyvənd vurulub.

Bir müddət xəstəxanada həkim nəzarətində qalan Nəsir İsmayılov daha sonra müalicəsini ambulator şəraitdə davam etdirmək şərti ilə evə buraxılıb.


SON XƏBƏRLƏR

14 Iyul 2025