• Bakı 19° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Tanınmış tarixçi vəfat etdi

CƏMİYYƏT

18 Avqust 2024 | 18:41 | Müəllif: Subhan Mahmudov

Tanınmış tarixçi vəfat etdi

Tanınmış tarixçi, şair, şərqşünas və tərcüməçi Şahin Fazil vəfat edib.

Bakıvaxtı.az-ın məlumatına görə, mərhum professor 85 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, tarix elmləri doktoru Şahin Fazil oğlu Fərzəliyev 27 mart 1940-ci ildə anadan olub.

1958-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub, 1964-cü ildə fərqlənmə diplomu ilə oranı bitirib. O, 1963–1966-cı illərdə Əfqanıstanda tərcüməçi, 1966–1968-ci illərdə ADU-nun Şərqşünaslıq fakültəsində dekan müavini, 1968–1970-ci illərdə yenə Əfqanıstanda tərcüməçi vəzifəsində fəaliyyət göstərib. 1970–1973-cü illərdə EA Tarix İnstitutunun əyani aspiranturasında təhsil alaraq, 1974-cü ildə namizədlik dissertasiyasını müdafiə edib, 1974–1978-ci illərdə bu İnstitutun "Orta əsrlər tarixi" şöbəsində elmi işçi vəzifəsində çalışıb, 1978–1982-ci illərdə Əfqanıstanda üçüncü dəfə tərcüməçi vəzifəsində işləyib, 1983–1985-ci illərdə institutun baş elmi işçisi olub, 1985–1988-ci illərdə yenidən Əfqanıstanda tərcüməçilik fəaliyyətini davam etdirib. Vətənə qayıtdıqdan sonra həmin institutda aparıcı və baş elmi işçi vəzifəsində işini davam etdirib.

200-dən çox çapdan çıxmış elmi əsərlərin müəllifi olub. 2016-cı ildən AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun "Mənbəşünaslıq və tarixşünaslıq" şöbəsinin müdiri və Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Əfqanıstanın üç dövlət medalı və SSRİ-nin fəxri fərmanları, AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub.

Allah rəhmət eləsin! /report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026