• Bakı 22° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Naxçıvan şəhərinin bir hissəsində elektrik enerjisi olmayacaq

CƏMİYYƏT

17 Sentyabr 2024 | 17:37

Naxçıvan şəhərinin bir hissəsində elektrik enerjisi olmayacaq

Sabah Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Bakıvaxtı.az xəbər verir ki, buna səbəb saat 18:00-dan 19:00-a qədər 110/10 kilovoltluq "Koroğlu" yarımstansiyasından qidalanan 10 kilovoltluq elektrik verilişi xəttində aparılacaq təmir işləridir.

Odur ki, şəhərin Nəsrəddin Tusi küçəsində, Saat Meydanında, Maliyyə Nazirliyi, yerli Polis İdarəsi, Qaz İstismar İdarəsi və Fövqəladə Hallar Nazirliyinin inzibati binalarında elektrik enerjisinin verilişi qısa müddətə dayandırılacaq.


SON XƏBƏRLƏR

18 Sentyabr 2024