• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

45 mindən çox qadın məşğulluq tədbirlərinə cəlb olunub

CƏMİYYƏT

17 Sentyabr 2024 | 17:54

45 mindən çox qadın məşğulluq tədbirlərinə cəlb olunub

Bu ilin 8 ayında 45,6 min qadın məşğulluq tədbirlərinə cəlb olunub.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Məşğulluq Agentliyindən bildirilib.

Məlumata görə, agentlik tərəfindən 2024-cü ilin 8 ayında 35 645 qadın işlə təmin olunub.

Bu il daha 3176 min qadına aktivlər verilməklə onlar üçün kiçik biznes sahələri yaradılıb. Digər mühüm istiqamət olaraq isə 7 minə yaxın qadın üçün əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kursları təşkil edilib.

Peşə kurslarını uğurla başa vuran qadınların işlə təmin olunmasına dəstək göstərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026