• Bakı 22° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Baş prokuror Xızıda qəbul keçirdi - FOTOLAR

CƏMİYYƏT

17 Sentyabr 2024 | 15:43

Baş prokuror Xızıda qəbul keçirdi - FOTOLAR

Baş prokuror Kamran Əliyev Xızı rayon prokurorluğunun inzibati binasında Xızı, Siyəzən, Şabran rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, qəbulda iştirak edən 15 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb.

Həmçinin prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair təklifləri dinləyib.


SON XƏBƏRLƏR

18 Sentyabr 2024