Şəkidə yanğın olub.
Bakıvaxtı.az FHN-nin saytına istinadən xəbər verir ki, yanğın şəhərin Baş Göynük kəndində qeydə alınıb. Ümumi sahəsi 170 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü və yanar konstruksiyaları 150 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















