• Bakı C

    15.03 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Şəkidə qəzada ölən və xəsarət alanların kimliyi bilindi

HADİSƏ

19 Mart 2025 | 12:27

Şəkidə qəzada ölən və xəsarət alanların kimliyi bilindi

Şəkidə qəzada ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Şəki rayonunun Suçma kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2106” və “Mercedes” markalı avtomobillərin toqquşub. Nəticədə "VAZ" markalı avtomobilin sərnişini, 1977-ci il təvəllüdlü Zaqatala rayon sakini Vüqar Ramazanov və “Mercedes”in sürücüsü, 1992-ci il təvəllüdlü Şəki şəhər sakini Allahyar Qəhrəmanov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

“VAZ-2106”nın sürücüsü, 43 yaşlı Qəşəm Mustafazadə isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.


SON XƏBƏRLƏR