• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şəkidə yük maşını yandı, sürücü xəsarət aldı

CƏMİYYƏT

18 Iyun 2023 | 19:57 | Müəllif: Subhan Mahmudov

Şəkidə yük maşını yandı, sürücü xəsarət aldı

Şəkidə yük maşını yanıb, sürücü xəsarət alıb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Belə ki, Kiçik Dəhnə kəndində “Каmaz” markalı yük avtomobilinin qoşqusunun yanar hissələri və qoşquya yığılan 6 ton ot bağlamasının 2 tonu yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Ot bağlamalarının qalan hissəsi və yük avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR