“BakuBus” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, borclar üzrə elektron xidmətin məlumatına görə, “BakuBus” MMC-nin bu ilin iyul ayının 18-ə yığılmış vergi borcu 829 min 629 manat təşkil edir.
Qeyd edək ki, nizamnamə kapitalı 3 milyon manat olan dövlət şirkətinin qanunu təmsilçisi Elnur Maqsud oğlu Qarayevdir. Şirkətin maliyyə hesabatları rəsmi elektron səhifəsində açıqlanmadığı üçün vergi borcunun nədən qaynaqlandığı məlum deyil.
İbRa
















