• Bakı 21° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Qusarda kütləvi zəhərlənmə - YENİLƏNİB

CƏMİYYƏT

17 Avqust 2023 | 15:48 | Müəllif: Subhan Mahmudov

Qusarda kütləvi zəhərlənmə - YENİLƏNİB

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qusar rayonunda, istirahət mərkəzində beş nəfərin zəhərlənməsi barədə yayılan xəbərlərə münasibət bildirib. 

Agentlikdən Bakıvaxtıa.z-a bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin, qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-nın mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:

“Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək”.

 

15:10

Qusar rayonunda, istirahət mərkəzində 5 nəfər zəhərlənib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Qusar rayonunun Caqar kəndində, "Park Qusar" istirahət mərkəzinin ərazisində qeydə alınıb.

Belə ki, istirahət edən sakinlər - 1973-cü il təvəllüdlü Aynurə Bəhram qızı Fərzəliyeva, 2003-cü il təvəllüdlü Bəhram Mübariz oğlu Xanıyev, 1986-cı il təvəllüdlü Fərid Zaman oğlu Əsgərli, 1997-ci il təvəllüdlü Aygül Mübariz qızı Xanızadəvə 2002-ci il təvəllüdlü Qızbəs Fəhruz qızı Fərzəliyeva zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına aparılıblar.

İlkin ehtimala görə, həmin şəxslər qəbul etdikləri qidadan zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR