• Bakı 12° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Birinci sinfə qəbulla bağlı sənəd verənlərin sayı açıqlandı

CƏMİYYƏT

17 Avqust 2023 | 14:31 | Müəllif: Qalib İbrahimoğlu

Birinci sinfə qəbulla bağlı sənəd verənlərin sayı açıqlandı

2023–2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu davam edir. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

Bu barədə Bakıvaxtı.az-a Elm və Təhsil Nazirliyindən bildirilib.

Məlumata görə, bu günədək birinci sinfə qəbulla bağlı ümumilikdə 128 339 nəfər sorğu yerləşdirib. Onlardan 68 113 nəfəri oğlan, 60 226-sı isə qızdır.

115 840 nəfər Azərbaycan bölməsi, 11 514 nəfər rus bölməsi, 985 nəfər isə tədris digər dillərdə aparılan bölmələr üzrə sorğu yerləşdirib.

Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026