• Bakı 23° C

    4.67 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

DİM-dən ixtisas seçimi edən abituriyentlərə MÜRACİƏT

CƏMİYYƏT

17 Avqust 2023 | 15:04 | Müəllif: Qalib İbrahimoğlu

DİM-dən ixtisas seçimi edən abituriyentlərə MÜRACİƏT

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə avqustun 18-i saat 11:00-da yutub kanalı (https://www.youtube.com/@stateexamcenter) vasitəsilə I, IV və V ixtisas qrupları üzrə ixtisas seçimi edəcək abituriyentlərə statistik məlumatlar əsasında diqqət yetirməli olduqları məsələlər haqqında məlumat verəcək.

Bu barədə Bakıvaxtı.az-a DİM-dən bildirilib.

Keçidə daxil olub DİM-in yutub kanalına abunə ola bilərsiniz.

Qeyd edək ki, artıq bütün qruplar üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr olunub. Kitabçaları "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi avqustun 28-i saat 23:59-dək internet vasitəsilə aparılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR