• Bakı 10° C

    7.09 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Azərbaycan minaaxtaran itlərin sayını artırır

CƏMİYYƏT

17 Avqust 2023 | 17:14 | Müəllif: Subhan Mahmudov

Azərbaycan minaaxtaran itlərin sayını artırır

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əməliyyatlara cəlb edilən itlərin sayını artırır.

Qurumdan Bakıvaxtı.az-a verilən məlumata görə, Marşal İrsi İnstitutu (Marshall Legacy Institute, MLI) ilə ANAMA arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, daha 6 baş Malinua cinsli minaaxtaran it (MAİ) agentliyə təhvil verilib.

Xüsusi hazırlıq keçmiş minaaxtaran itlər agentliyin Horadiz Regional Mərkəzində müəyyən olunmuş karantin rejimində saxlanıldıqdan sonra, Beynəlxalq Minatəmizləmə Standartlarına (IMAS) əsasən uyğunluğun qiymətləndirilməsi prosesindən keçirilir. Daha sonra müvafiq şəkildə Qarabağ və Şərqi Zəngəzurda icra olunan minatəmizləmə əməliyyatlarına cəlb olunacaq.

Qeyd edək ki, bu ilin fevral və aprel aylarında agentliyə təhvil verilən minaaxtaran itlər aidiyyəti mərhələlərdən keçərək, işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz mühitin yaradılması istiqamətində öz töhfələrini verir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026