Qaxda səkkiz gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
Bakıvaxtı.az-ın məlumatına görə, rayon sakini, 1951-ci il təvəllüdlü İsmət Bayram oğlu Mustafayev bu gün səhər saatlarında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, hadisə iyunun 1-də Qax şəhərinin mərkəzində baş verib.
Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmiş, ona kəllə-beyin travması diaqnozu qoyulmuşdu./report