Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı cinayət işi başlana bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumt yayıb.
Məlumata görə, ölkənin baş prokuroru Anna Vardapetyan parlamentin sədri Alen Simonyana ərizə ilə müraciət edib. Belə ki, parlament gizli səsvermə yolu ilə cinayət təqibinə razılıq verməlidir.
Qeyd edək ki, Ohanyan 2010-2015-ci illərdə Qeqarkunik rayonunda 10,5 min kvadratmetr torpaq sahəsini qanunsuz mənimsəməkdə günahlandırılır. Belə ki, sözügedən ərazidə eks-nazir malikanə tikib.