• Bakı 26° C

    1.33 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Milli komanda üçün ayağımı da sındıraram - Ronaldo

İDMAN

10 Iyun 2025 | 00:41

Milli komanda üçün ayağımı da sındıraram - Ronaldo

Çox xoşbəxtəm. Bu nəsil, bu komanda bu uğuru haqq edirdi.

Bakıvaxtı.az xəbər verir ki, Portuqaliya yığmasının kapitanı Kristiano Ronaldo UEFA Millətlər Liqasının finalında İspaniyanı penaltilər seriyasında 5:3 (əsas və əlavə vaxt - 2:2) hesabı ilə məğlub etdikləri oyundan sonra belə deyib.

40 yaşlı hücumçu Portuqaliya rəngləri ilə nə isə qazanmağın hər zaman xüsusi hiss olduğunu bildirib:

"Klublarla çoxlu titul əldə etmişəm. Lakin heç bir uğur millidə qazanılan nailiyyətlə müqayisə oluna bilməz. Bu, bizim ölkəmizdir. Biz kiçik, amma ambisiyalı dövlətik. Sevinirəm ki, bütün portuqaliyalılara sevinc bəxş etdik. Belə bir komandanın kapitanı olmaqdan qürur duyuram və mənim üçün yığmada qazanılan kubok - futbolun zirvəsidir".

Ronaldo oyunu başa vurmağa mane olan zədəsi barədə də danışıb:

"İsinmə hərəkətləri zamanı ayağımda ağrı hiss etdim. Buna görə də oyun vaxtı belə bir halın baş verəcəyini bilirdim. Lakin lazım gəlsə, milli komanda üçün ayağımı da sındıraram. Biz finaldan danışırıq. Oynamalı və meydanda tam gücümü ortaya qoymalı idim. Bacardığım qədər var qüvvəmlə çalışdım və komandama qolla kömək etdim"./Teleqraf
 


SON XƏBƏRLƏR

09 Iyun 2025