• Bakı 11° C

    7.48 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Sel sərnişinlərlə dolu iki maşını dənizə sürüklədi - VİDEO

DÜNYA

24 Iyun 2022 | 16:06

Sel sərnişinlərlə dolu iki maşını dənizə sürüklədi - VİDEO

Krasnodar diyarında sel nəticəsində iki maşın Qara dənizə sürüklənib. Ehtimallara görə maşınlarda ümumilikdə səkkiz nəfər olub.

Bakıvaxtı.az xəbər verir ki, onlardan yalnız biri xilas edilib, qalan yeddi nəfərin axtarışları aparılır. İtkin düşənlərdən üçünün uşaq olduğu bildirilir.

Hadisə Krasnodar diyarının Zubov Şel kəndi yaxınlığında baş verib. 

Son məlumatlara görə, sahildən 800 metr kənarda meyit tapılıb. Onun avtomobildəki sərnişinlərdən biri olduğu ehtimal edilir.

Qeyd edək ki, ötən gecə regiona yağan güclü yağışlar Lazarevski rayonunda çayın səviyyəsinin qalxmasına səbəb olub. Onlarla evi su basıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR