• Bakı 24° C

    5.99 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

"Seltik"in rəhbərinin evi yandırıldı

HADİSƏ

19 May 2021 | 18:02

"Seltik"in rəhbərinin evi yandırıldı

Naməlum şəxslər Şotlandiyanın "Seltik" klubunun icraçı direktoru Piter Louellin evini yandırıblar.

"The Scottish Sun"a xəbər verir ki, cinayətkarlar Qlazqo yaxınlığında evin yanında dayanan 3 avtomobilin altına molotov kokteylləri atıblar.

Maşınlardan biri partlayıb, daha sonra alov Louellin evinə yayılıb. Hadisə nəticəsində zərərçəkən olmayıb.

61 yaşlı funksioner həmin vaxt ailəsi və azyaşlı nəvəsi ilə birlikdə evdə olub. Yanğın nəticəsində onun avtomobil parkı və evin yarısı tamamilə yanıb.

Qeyd edək ki, Piter Louell 2003-cü ildən "Seltik"in icraçı direktorudur. Onun yayda təqaüdə çıxacağı gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR