• Bakı 8° C

    3.73 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Şəmil Sadiq Bakı Təhsil İdarəsini ideya oğurluğunda ittiham edir

CƏMİYYƏT

18 May 2023 | 11:27 | Müəllif: Qalib İbrahimoğlu

Şəmil Sadiq Bakı Təhsil İdarəsini ideya oğurluğunda ittiham edir

“Bakı Şəhər Təhsil İdarəsinin elan etdiyi “Ortaq Türk Dünyası Məktəbliləri arası Tarxi Olimpiadası” təpədən dırnağa qədər ideya, fikir, məzmun oğurluğudur”.

Bunu Bakıvaxtı.az-a verdiyi açıqlamada “Hədəf” Liseyinin rəhbəri Şəmil Sadiq deyib.

Ş.Sadiq Bakı Şəhər Təhsil İdarəsini onun ideyasını oğurlamaqda ittiham edir: “Türk İnteqrasiya Olimpiadası oğurlanırmı? Deməli, Bakı Şəhər Təhsil İdarəsinin elan etdiyi “Ortaq Türk Dünyası Məktəbliləri arası Tarxi Olimpiadası” təpədən dırnağa qədər ideya, fikir, məzmun oğurluğudur”.

Dediyinə görə, onun layihəsi “Türk İnteqrasiya Olimpiadası” (TİO) adlanır: “Təəssüflə qeyd edim ki, Bakı Şəhər Təhsil İdarəsi boyundan hündürə tullanaraq Beynəlxalq Olimpiada keçirir. Sizcə də çox gülməli deyil? Adından da göründüyü kimi işi, vəzifə səlahiyyətləri Bakı şəhərinin təhsili ilə məşğul olmaqdır. Görünən odur ki, Bakı şəhər Təhsilinin problemləri bitib, keçib nazirliyin əvəzindən beynəlxalq olimpiadalar keçirməyə. Dərin düşünəndə fikirləşirsən ki, məndən başqa kiminsə də ağlına gələ bilərdi. Amerika kəşf etməmişik. Amma məhz bu layihə o adamın ağlına gələ bilərdi ki, Murad Adcı demiş, Yövşan ətrindən məst olasan, Yüz faiz əminəm ki, bircə dəfə yövşan ətrini içinə çəkməyən insanlar bunu oğurlayıb”.

Ş.Sadiq 2015-ci ildən keçirdiyi “Oxu günü” layihəsinin də Təhsil Nazirliyi tərəfindən rəsmiləşdirildiyini deyərək, dövlət tədbirləri sırasına salındığını qeyd edib: “Ancaq son iki ildə heç bir iş də görülmür. Bizim də qol-qanadımızı sındırdılar, əlimizi üzdük”.

Onun sözlərinə görə, haqqında danışılan layihədən Elm və Təhsil Nazirliyində də xəbərdardırlar: “Ən son deyilən o olub ki, nazir bəyənib və sizinlə görüşəcək. Bu, fevral ayında olmalı idi. Ümid edirəm ki, həmin şəxslər, Emin Əmrullayevə hadisəni bir də xatırladar. Hələ də geri dönüş gözləyirəm, ümid edirəm ki, gec deyil”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR