• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şəmkirdə dəmir yolu xəttində qumbara tapıldı

CƏMİYYƏT

05 Yanvar 2024 | 16:51 | Müəllif: Subhan Mahmudov

Şəmkirdə dəmir yolu xəttində qumbara tapıldı

DİN-in Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsinə Şəmkir rayon ərazisindən keçən dəmir yolunun yaxınlığında silah-sursat olması barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib və sözügedən ərazidən 2 ədəd “F1” əl qumbarası, 1 ədəd “UZRMQ” markalı partladıcı, 2 ədəd “DQ Çeremuxa” tüstü qumbarası, 4 ədəd avtomat darağı və müxtəlif kalibrli avtomat patronları aşkar olunub.

Əraziyə ANAMA-nın əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026