• Bakı 26° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Azərbaycanda bu idarələr ləğv edildi - SİYAHI

CƏMİYYƏT

04 Fevral 2024 | 13:34 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda bu idarələr ləğv edildi - SİYAHI

Naxçıvan Muxtar Respublikasındakı Yol Təmir İstismar idarələrinin adları və təşkilati hüquqi formaları dəyişdirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, bununla bağlı müvafiq qərar verilib.

Qərara əsasən, muxtar respublikanın şəhər və rayonları üzrə 8 qurumun idarə statusu ləğv edilib.
Belə ki, Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərurdakı bu qurumlar yeni ad və təşkilati hüquqi forma ilə fəaliyyətlərini davam etdirəcəklər.

Həmin qurumlar qeyd olunan şəhər və rayonlar üzrə müvafiq olaraq məhdud məsuliyyətli cəmiyyətə (MMC) çevrilib./İqtisadiyyat.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026