“Cinayət törədənlərin yenidən cinayət törətmə halları artıb”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Azay Quliyev deyib.
Onun sözlərinə görə, burada bir neçə səbəb ola bilər:
“Ya həmin şəxslərə verilən cəza adekvat deyil, ya islah prosesində, ya da cəmiyyətə inteqrasiyasında problem yaşayırlar. Bu mövzunun da müzakirə olunmasını istərdim”.
Aytac Aslan
















