• Bakı 13° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Şener Şen və İlyas Salman barışdı

MƏDƏNİYYƏT

24 Yanvar 2022 | 18:47 | Müəllif: Subhan Mahmudov

Şener Şen və İlyas Salman barışdı

"Yeşilçam"ın məşhur aktyorları Şener Şen və İlyas Salman arasındakı inciklik bitib.

Bakıvaxtı.az axşam.az-a istinadən xəbər verir ki, İ.Salman sosial media hesabında həmkarı ilə səmimi fotosunu paylaşaraq "Qırx altı illik dostum gəlib" şərhini yazıb. Şəklin arxa fonunda İ.Salmanın illərdir qazandığı mükafatlar yer alıb.

Foto qısa zamanda çox sayda bəyənmə toplayıb.

Xatırladaq ki, aktyorlar "Banker Bilo", "Çiçək Abbas", "Kibar Feyzo", "Şekerpare" və "Çöpçüler kralı" kimi ekran işlərində birgə rol alıblar.

Qeyd edək ki, aktyorların siyasi fikir ayrılığı səbəbindən küsülü olduğu və bu müddət ərzində Şener Şenin İlyasın adını belə çəkməyi qadağan etdiyi iddia olunmuşdu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026