• Bakı 13° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Sərnişin avtobusu ilə minik maşını toqquşdu

HADİSƏ

11 Yanvar 2022 | 22:27 | Müəllif: Qalib İbrahimoğlu

Sərnişin avtobusu ilə minik maşını toqquşdu

Bakının Yasamal rayonu Məhəmməd Xiyabani küçəsində “Kral-Transport” MMC-nin müvəqqəti istismarında olan 39 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus qəzaya uğrayıb.

Bu barədə Bakıvaxtı.az-a BNA-dan bildirilib.

Verilən xəbərə görə, hadisə “Ətçilər bazarı” adlanan ərazidə baş verib.

99 JZ 710 dövlət qeydiyyat nömrəli avtobus svetofordan keçən zaman qırmızı işıqdan keçən “Toyota Prius” markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən heç kim xəsarət almayıb.

Minik avtomobilin sürücüsünün yüngül xəsarət aldığı bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026