• Bakı 24° C

    5.5 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

İmişlidə FACİƏ: Ata maşını aşırdı, 9 yaşlı oğlu...

HADİSƏ

13 Noyabr 2023 | 09:35 | Müəllif: Qalib İbrahimoğlu

İmişlidə FACİƏ: Ata maşını aşırdı, 9 yaşlı oğlu...

İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə İmişli-Kürdəmir avtomobil yolunun Məmmədli kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, Coşqun Tağıyev sürücülük vəsiqəsi olmadan və sərxoş vəziyyətdə idarə etdiyi VAZ-2107 markalı avtomobillə əks yola çıxaraq ötmə əməliyyatı edib. Bu vaxt o, idarəetməni itirərək avtomobili aşırıb. Nəticədə sürücü C.Tağıyev və avtomobildə olan ailə üzvləri - 1976-cı il təvəllüdlü İnci Tağıyeva, 2009-cu il təvəllüdlü Rəqsanə Tağıyeva və oğlu, 2014-cü il təvəllüdlü Fəxri Tağızadə xəsarət alıblar.

F.Tağızadə aldığı xəsarətlərdən İmişli Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı istintaq aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026