• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Azərbaycanda dəhşətli hadisə - ticarət obyektləri yanır - YENİLƏNİB + FOTO

HADİSƏ

12 Dekabr 2023 | 21:53 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda dəhşətli hadisə - ticarət obyektləri yanır - YENİLƏNİB + FOTO

Sabirabadda ticarət obyektlərindəki yanğın söndürülüb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının qarşısı alınaraq söndürülüb. İlkin məlumata əsasən, yanğın bir-birinə bitişik bir neçə müxtəlif təyinatlı obyekti əhatə edib.

Əlavə məlumat veriləcək.

 

20:08

Sabirabadda yol kənarında fəaliyyət göstərən ticarət obyektləri yanır.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan magistralının 48-ci kilometrliyində, rayonun Qalağayın kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hadisə yerinə Sabirabad və Saatlı yanğından mühafizə hissəsinə məxsus yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Yanğının lokallaşdırıldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 


Azərbaycanda dəhşətli hadisə - ticarət obyektləri yanır - YENİLƏNİB + FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR