Bakıda avtomobil ana və uşağını vurub, uşaq ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 11.12.2023-cü il tarixdə, saat 10:30 radələrində 1954-cü il təvəllüdlü İbrahimov Qəmnalı Məmməd oğlu etibarnamə əsasında "Opel Vectra" markalı avtomaşınla Nizami rayonu ərazisində hərəkətdə olarkən, idarə etdiyi avtomobil ilə ehtiyyatsızlıqdan, yolun avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş hissəsi ilə hərəkətdə olan piyadalar 1990-cı il təvəllüdlü Aşırova Ayişə Mühərrəm qızı və onun övladı 2015-ci il təvəllüdlü Yaqubəliyeva Aysu Elmir qızını vurmuş, piyadalar "Yeni Klinika" xəstəxanasına yerləşdirilib. Ayişə Aşırova dünən aldığı bədən xəsarətlərindən xəstəxanada öülb.
Toplanmış material üzrə 12.12.2023-cü il tarixdə Bakı şəhəri, Nizami RPİ- nin İŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq davam etdirilir
















