• Bakı 8° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Sərxoş halda qəza törədən polis polkovniki İŞDƏN ÇIXARILDI

CƏMİYYƏT

27 Aprel 2022 | 13:32

Sərxoş halda qəza törədən polis polkovniki İŞDƏN ÇIXARILDI

Polis polkovniki işdən çıxarılıb.

Bakıvaxtı.az lent.az-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin rəis müavini, polis polkovnik-leytenantı Veysəl İbrahimov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb.

Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, V.İbrahimovun adı mətbuata yad deyil. Belə ki, o, 2015-ci ildə sərxoş vəziyyətdə qəza törətməsi ilə medianın gündəminə gəlmişdi.

V.İbrahimov həmin vaxt Səbail rayon Polis İdarəsində çalışırdı. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR