• Bakı 7° C

    2.16 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Deputat orqan transplantasiyasından DANIŞDI: Ciddi çətinlik var

CƏMİYYƏT

27 May 2022 | 12:02 | Müəllif: Qalib İbrahimoğlu

Deputat orqan transplantasiyasından DANIŞDI: Ciddi çətinlik var

"Müraciətlərdən bilirəm ki, yüzlərlə insanın orqan plantasiyasına ehiyacı var. Hətta orqan plantasiyasını onilliklərlə gözləyən vətəndaş var ki, Allah hələ də yaşamasına imkan verir”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə deputat Razi Nurullayev Milli Məclisin bugünkü plenar iclasında bildirib.

20 oktyabr 2020-ci il tarixdə Milli Məclis tərəfindən “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunun qəbul olunduğunu xatırladan R.Nurullayev bildirib ki, qanun qəbul olunandan bəri bizdə xeyli orqan bazası toplanmalı və ehtiyacı olanlara verilməli idi: "Amma, görünən budur ki, deyəsən, məsələnin həll olunmasında ciddi çətinlik var. Bu çətinliyin mahiyyəti barədə məlumat verilməsini istərdim".

Deputatın sözlərinə görə, avtoqəzaya düşənlər var, könüllü orqan vermək istəyənlər, vəsiyyət edənlər və sairə da var: "Ola bilsin ki, maarifləndirmə sarıdan çətinlik var. Elə bilirəm ki, əgər sosial şəbəkələr və televiziyalar üzərindən təbliğat və maarifləndirmə aparılsa, ay ərzində yüzlərlə insan könüllü orqan bağışlamaq barədə ərizə yazar”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR