• Bakı 18° C

    7.01 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

Simeone "Atletiko"nun tarixinə düşdü

İDMAN

19 Sentyabr 2022 | 14:06 | Müəllif: Subhan Mahmudov

Simeone "Atletiko"nun tarixinə düşdü

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone klub tarixində yeni rekorda imza atıb.

Bakıvaxtı.az La Liqanın Tvitter hesabına istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis Madrid təmsilçisinin çalışdırıcısı olaraq 408-ci oyununu keçirib. O, ötən gün komandasını ölkə çempionatının 6-cı turunda "Real"la matça (0:0) çıxarıb.

Simeone "Atletiko"da ən çox oyun keçirən baş məşqçi kimi Luis Araqonesin rekordunu (407 matç) qırıb və klub tarixinə düşüb.

Qeyd edək ki, Simeone 2011-ci ildən "Atletiko"nu çalışdırır və bu müddət ərzində onun komandası 248 La Liqa matçında qalib gəlib. Araqones isə 1974-1980, 1982-1987, 1991-1993 və 2001-2003-cü illərdə İspaniya klubunun baş məşqçisi olub. Onun hesabında 194 qələbə var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR