• Bakı 23° C

    3.46 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

"Qarabağ"ın hücumçusu DÇ-2022 üçün ilkin heyətdə yer ala bilər

İDMAN

18 Oktyabr 2022 | 17:20

"Qarabağ"ın hücumçusu DÇ-2022 üçün ilkin heyətdə yer ala bilər

"Qarabağ"ın futbolçusu Kvabena Ovusu bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün Qana millisinin ilkin heyətinə salına bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Ghanaweb" nəşri iddia irəli sürüb.

Bildirilib ki, son olaraq 2019-cu ildə yığmanın formasını geyinmiş 25 yaşlı forvardın mundialda iştirakı isə real görünmür. Baş məşqçi Otto Addo turnir üçün öz hücumçularını müəyyənləşdirdiyindən Ovusunu siyahıya daxil etməyəcək.

Nəşr forvardın "köhlən atlar"ın heyətində 20 matçda 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qaldığını xatırladıb.

Qeyd edək ki, Kvabena Ovusu 2020-ci ildən "Qarabağ"da çıxış edir. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026