"Seçkilərin ikinci tura gedəcəyi ehtimalının yüksək olduğunu görürük".
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə prezidentliyinə namizəd Sinan Oğan deyib.
S.Oğan Tvitter paylaşında qeyd edib ki, vu seçkinin açarı türk millətçiləri və kamalistlərdir.
Onun sözlərinə görə, Məhərrəm İncə müxtəlif təzyiqlərlə seçkilərdən kənarlaşdırıldıqdan sonra bu siyasi hadisədən çoxlu dərslər çıxarmaq lazımdır.
"Son iki gündə bizə hücum edən, haqsız yerə günahlandıran, linç edənlərin bu mənzərədən çıxarmalı olduqları dərs çoxdur. Hər bir nəticə millətimiz üçün xeyirli olsun!"
Qeyd edək ki, mayın 14-də Türkiyədə növbəti prezident və parlament seçkiləri leçirilib. Hazırda seçkinin ilkin nəticələri açıqlanır.
Əgər birinci turda prezidentlik yarışının qalibi müəyyənləşməsə, ikinci tur mayın 28-də keçiriləcək.
Murad Məmmədli
















