• Bakı 10° C

    4.96 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

“Sinir sistemi həftəsi” keçiriləcək

CƏMİYYƏT

10 Iyul 2024 | 12:42

“Sinir sistemi həftəsi” keçiriləcək

TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə "TƏBİB-in İxtisas gündəliyi" proqramı çərçivəsində 22 İyul Ümumdünya Beyin Günü ilə əlaqədar “Sinir sistemi həftəsi” layihəsi baş tutacaq.

Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən məlumat verilib.

17-18 iyul tarixlərində Şəki Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Şəki Ailə Sağlamlıq Mərkəzində vətəndaşlara Bakı şəhərində yerləşən TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən uzman və ixtisaslı həkimlər (nevroloq, uşaq nevroloqu, terapevt) tərəfindən tibbi xidmətlər göstəriləcək. 

19 iyul tarixində isə Qəbələ Rayon Mərkəzi Xəstəxanasında Şəki-Zaqatala tibbi ərazi bölməsinə aid olan - Şəki, Balakən, Zaqatala, Oğuz, Qax və Qəbələ rayonlarında yerləşən tibb müəssisələrinin həkim heyəti üçün seminarların təşkil olunması, həmçinin vətəndaşların maarifləndirilməsi üçün müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

“Sinir sistemi həftəsi” çərçivəsində Şəki, Balakən, Zaqatala, Oğuz, Qax və Qəbələ rayonlarının vətəndaşları Şəki Ailə Sağlamlıq Mərkəzində baş tutacaq tibbi müayinələrdən yararlanmaq üçün adıçəkilən tibb müəssisələrinin Qeydiyyat bölməsinə müraciət edə bilərlər.


SON XƏBƏRLƏR

26 Dekabr 2024