• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şirvan şəhərində etiraz aksiyası-FOTOLAR 

GÜNDƏM

29 Iyul 2021 | 13:02

Şirvan şəhərində etiraz aksiyası-FOTOLAR

Şirvan şəhər avtovağzalında fəaliyyət göstərən avtobus və taksi sürücüləri etiraz aksiyası keçiriblər.

Bakıvaxtı.az xəbər verir ki, sürücülərin sözlərinə görə, şəhər ərazisində qeyri-qanuni fəaliyyət göstərən avtovağzallar da var.

Sürücü Rüstəm Abdullayev bildirib ki, onlar Şirvan şəhər avtovağzalında qanuni şəkildə fəaliyyət göstərirlər, vergi ödəyirlər və həkim müayinəsindən keçirlər: “Amma Şirvanda qeyri-qanuni fəaliyyət göstərən avtovağzallarda işləyən sürücülər isə nə vergi verirlər, nə də həkim müayinəsindən keçirlər. Çünki onların müqaviləsi yoxdur. Bu barədə müvafiq dövlət qurumlarına müraciət olunub, amma nəticə olmayıb”.   

Şirvan şəhər avtovağzalında fəaliyyət göstərən avtobus və taksi sürücüləri deyirlər ki, qeyri-qanuni fəaliyyət göstərən avtovağzallar ləğv edilməlidir, orda işləyən sürücülər qanuni şəkildə fəaliyyət göstərən avtovağzallarda xidmət göstərməlidirlər.  

Ramid İbrahimov


Şirvan şəhərində etiraz aksiyası-FOTOLARŞirvan şəhərində etiraz aksiyası-FOTOLARŞirvan şəhərində etiraz aksiyası-FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR