"Vaksin virusdan qorumur, mutant variantlar daha tez yayılır, bunu bilirik, amma bu mərəzi, axmaq xəstəliyi, virusun müxtəlif ştammlarını yüngül keçirməyə səbəb olmalı, ölüm sayını azaltmalı idi.”
Bakıvaxtı.az xəbər verir ki, bunları Natiq Cəfərli deyib:
Dünyada İsrail səhiyyə sisteminə, öz vətəndaşına yanaşmasına, hörmətinə, qayğısına görə örnək ölkələrdən biridir. Son günlərin virus statistikası həmin ölkədə də ciddi suallar yaradıb, mediada müzakirələrə səbəb olub.
İsrail: 25 avqust 2020-ci il. Yoluxma sayı 2306. Virusdan ölüm sayı 8 nəfər. Vaksin olunmuş vətəndaş sayı 0.
İsrail: 25 avqust 2021-ci il. Yoluxma sayı 7770 nəfər. Virusdan ölən insan sayı 28 nəfər. İndiyədək istifadə olunan vaksin sayı 12 mln.-dan çox, 18 yaşdan yuxarı əhalinin 75%-ə yaxını vaksinləşib (hər iki doz), əhalinin 1,2 mln. nəfəri isə hətta 3-cü dozu da vurdurub.
Vaksin virusdan qorumur, mutant variantlar daha tez yayılır, bunu bilirik, amma bu mərəzi, axmaq xəstəliyi, virusun müxtəlif ştammlarını yüngül keçirməyə səbəb olmalı, ölüm sayını azaltmalı idi.
Bu gün isə İsraildə reanimasiyada olan xəstə sayı 2020-ci il 25 avqusta nisbətən 3 dəfəyə yaxın, ölüm sayı isə 3,5 dəfə (!!!) artıb.
Bu rəqəmlərdir, rəqəmlər mənim ixtisasımdır, səhiyyə, virus, xəstəlik, vaksin isə mənim bilmədiyim sahələrdir, bu rəqəmlərin elmi, tibbi izahı varmı?! Bu sualları vermək, cavab axtarmaq mənim haqqımdır.
Əlavə olaraq, Azərbaycanda 25 avqust 2020 ci ildə yoluxma sayı 112 nəfər olmuşdu, ölüm qeydə alınmamışdı. Vaksin vurulan vətəndaş da yox idi. 25 avqust 2021ci ildə isə 3794 yoluxma, 33 ölüm faktı qeydə alınmışdı. Hər iki doz vaksin alanlarla yoluxub-sağalanların sayı isə 3 mln. nəfər civarındadır. Bu da rəqəmlərdir, bu rəqəmlər də izahını mütəxəssislər versələr çox yaxşı olar...
Aytac Aslan
















