• Bakı 8° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Şirvanda 742 qram metamfetamin aşkar edilib

HADİSƏ

13 Avqust 2021 | 16:07

Şirvanda 742 qram metamfetamin aşkar edilib

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Masallı rayon sakini Gülnarə Ağayeva saxlanılıb.

Onun şəhər ərazisində kirayə yaşadığı evə keçirilən baxış zaman sellofan bükümlərdə təmiz çəkisi 742 qram olan "patı" və "şüşə" adlanan psixotrop maddə maddə - metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Şirvanda 742 qram metamfetamin aşkar edilibŞirvanda 742 qram metamfetamin aşkar edilib
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026