Türkiyə əsgəri İraqın şimalında "Pəncə-Şimşək” əməliyyatı zonasında şəhid olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Terrorçuların açdığı atəş nəticəsində 1 türk əsgəri şəhid olub, daha 1 hərbçi yaralanıb. Yaralı hərbçi xəstəxanaya yerləşdirilib.
















