• Bakı 15° C

    8.78 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Snapdragon 7 Gen 1 prosessoru barəsində ilk məlumatlar

MULTİMEDİA

10 Aprel 2022 | 03:18 | Müəllif: Qalib İbrahimoğlu

Snapdragon 7 Gen 1 prosessoru barəsində ilk məlumatlar

Yayılan məlumatlara görə, Qualcomm şirkəti Snapdragon 8 Gen 1 Plus prosessoru üzərində çalışır və o, may ayının sonunda təqdim oluna bilər.

Bakıvaxtı.az xəbər verir ki, gözləntilərə əsasən yeni prosessor Snapdragon 8 Gen 1-in davamçısı olacaq. İndi isə məlumat ortaya çıxıb ki, Qualcomm şirkəti Snapdragon 8 Gen 1 Plus ilə birlikdə Snapdragon 7 seriyasının yeni modelini də təqdim edə bilər. Digital Chat Station ləqəbli məşhur insayderin verdiyi məlumata əsasən Snapdragon 7 seriyasının yeni prosessoru 2.46 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A710 nüvəsi və 1.80 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A510 nüvəsi ilə təchiz olunacaq.

Qrafik imkanlardan isə Adreno 662 çipi cavabdeh olacaq. Güman olunur ki, şirkət yeni prosessoru 4 nanometrlik texnoloji proses əsasında istehsal edəcək. Bununla yanaşı prosessor Snapdragon 7 Gen 1 adını əldə edə bilər. Qeyd etmək lazımdır ki, Xiaomi, Motorola və OnePlus kimi şirkətlər Snapdragon 8 Gen 1 Plus prosessoruna sahib olacaq smartfonlar üzərində artıq çalışırlar. Sözügedən prosessoru bazarda ilk əldə edə biləcək smartfon isə Motorola Edge 30 Ultra ola bilər. Snapdragon 7 Gen 1-ə gəldikdə isə o, ilk dəfə olaraq Redmi Note 12 seriyasına quraşdırıla bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026