• Bakı 22° C

    5.15 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Whatsapp-da YENİ FUNKSİYA: Memesajlara emojilərlə reaksiya...

Multİmedia

07 May 2022 | 05:48

Whatsapp-da YENİ FUNKSİYA: Memesajlara emojilərlə reaksiya...

Məlum olub ki, Whatsapp-da daxil olan mesajlar emojilər vasitəsilə reaksiya bildirmək imkanı artıq hamı üçün istifadəyə verilib.

Bakıvaxtı.az xəbər verir ki, yeni funksiyanın hamı üçün istifadəyə verildiyini Whatsapp-ın rəhbəri Will Cathcart da elan edib. Qeyd etmək lazımdır ki, sözügedən yeni funksiyanın messencerə inteqrasiya ediləcəyi barəsində məlumat hələ bir neçə ay bundan öncə ortaya çıxmışdı. Hal hazırda daxil olan mesajlara bildirilən reaksiyaları əhatə edən emojilərin sayı məhduddur. Lakin müəyyən müddətdən sonra onların sayı getdikcə artacaq.

Məlumatda qeyd edilib ki, nəticədə reaksiyalar bütün emojiləri və dəri rənglərini dəstəkləyəcəklər. Qeyd etmək lazımdır ki, yaxın zamanda Whatsapp-da digər yeni funskiyalar da istifadəyə veriləcək. Onların aralarında qrup adminlərinin digərlərinin mesajlarını silə bilmələri imkanı, messencer daxilində göndərilən faylların həcmlərinin 2 GB-a kimi yüksəldilməsi, 32 nəfərin iştirakı ilə audiozənglərin reallaşdırılması və s. var (technote.az). Qeyd etmək lazımdır ki, Telegram-da daxil olan mesajlara emojilər vasitəsilə reaksiyaların bildirilməsi imkanı hələ keçən ilin dekabr ayında istifadəyə verilmişdi.


SON XƏBƏRLƏR

23 Aprel 2024