• Bakı 17° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Son 3 ayda Bakıda baş verən ağır qəzalar - VİDEO

HADİSƏ

15 Aprel 2024 | 13:06

Son 3 ayda Bakıda baş verən ağır qəzalar - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi son 3 ayda Bakıda qeydə alınmış yol-nəqliyyat hadisələrinin statistikasını yayıb.

Bakıvaxtı.az Mərkəzə istinadən xəbər verir ki, NİİM-in paytaxt yollarında quraşdırılmış videomüşahidə kameralarının əhatə dairəsində ötən 3 ay ərzində 384 yol-nəqliyyat hadisəsi baş verib.

“Müvafiq tədbirlər görülməsi üçün NİİM-in əməkdaşları tərəfindən aidiyyəti üzrə Bakı şəhər DYPİ-nin əməkdaşlarına dərhal məlumat verilib. Qeydə alınan qəzaların təhlili göstərib ki, yüksək sürət, ara məsafəsinə düzgün əməl edilməməsi, yol nişanlarının tələbinin pozulması və sürücü diqqətsizliyi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olub. Qəzalar daha çox avtomobillərin intensiv hərəkət etdiyi mərkəzi küçə və prospektlərdə, Ziya Bünyadov, Heydər Əliyev, Babək, Tbilisi prospektlərində, Bakı-Sumqayıt, Aeroport, Sabunçu-Zabrat şoselərində, Üzeyir Hacıbəyli, Rəşid Behbudov, Mikayıl Müşfiq, 28 May və digər küçələrdə baş verib”, - məlumatda bildirilib.

Həmçinin qeyd edilib ki, yol-nəqliyyat hadisələri yollarda bir çox hallarda sıxlığın yaranmasına, digər nəqliyyat vasitələrinin sərbəst və fasiləsiz hərəkət etməsinə mane olub.


SON XƏBƏRLƏR

29 Aprel 2024