• Bakı 24° C

    2.16 m/s

  • USD - 1.7

    EUR - 1.9753

    RUB - 2.1795

Son 6 ayda 8,4 min əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edilib

CƏMİYYƏT

16 Iyul 2025 | 11:09

Son 6 ayda 8,4 min əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin birinci yarımilində əlilliyi olan şəxslərə 69 min reabilitasiya vasitəsi verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Qeyd olunub ki, həmin vasitələrdən 4,5 mindən çoxu təkərli oturacaq (o cümlədən 44-ü mühərrikli təkərli oturacaq), 1,3 mini aşağı və yuxarı ətraf protezi, 3,3 mini əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.

Həmçinin əlilliyi olan şəxslərə 5,1 min cüt protez və ortopedik ayaqqabı, 346 eşitmə aparatı, 285 korset və s. reabilitasiya vasitələri təqdim olunub.

Eyni zamanda bu ilin 6 ayında əlilliyi olan 8,4 min şəxs reabilitasiya vasitələri ilə təmin edilib.


SON XƏBƏRLƏR