• Bakı 28° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Son 6 ayda bu qədər təbii fəlakət baş verib – AÇIQLAMA     

CƏMİYYƏT

30 Iyul 2021 | 15:44

Son 6 ayda bu qədər təbii fəlakət baş verib – AÇIQLAMA

“Mövsümdən aslı olmayaraq, həm insanların, həm də aidiyyatı müvafiq qurumların ərazi üzrə xarakterik olan fövqəladə vəziyyətlər üçün müdafiə tədbirləri, təhlükəsiz təxliyyə planları olmalıdır. Yəni nəzərə almaq lazımdır ki, hər il ölkədə təbii və texnogen hadisələr baş verir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyib.

O, qeyd edib ki, 2020-ci ildə 14 min 780 təbii və texnogen hadisə baş verib: “Bu qəzalarda səksən yeddi nəfər həlak olub. 2019-cu ildə on altı min beş yüz yetmiş bir təbii və texnogen mənşəli qəza baş verib. 2021-ci ilin birinci rübündə altı min altı yüz altımış təbii və texnogen mənşəli qəza baş verib, otuz bir nəfər həlak olub və yüz iyirmi doqquz nəfər xəsarət alıb. Ümumiyyətlə 2020-ci ildə Respublika ərazisində iki min yüz on səkkiz yanğın hadisəsi olub. Ona görə hər ərazinin özünə uyğun, xarakterik olaraq; təbii fəlakətlər, vulkan püskürməsi, zəlzələ, sürüşmə, meşə sahəsi və s.  təhlükə riskli istehsalat sahələrinə yaxın ərazidə yaşayan insanlar təhlükəsizlik qaydalarını bilməli və fövqəladə hadisə riski olan yerlərdə təhlükəsizlik təlimatı olmalıdır. Bunlar hamısı insanların və aidiyyatı qurumların öncədən hazırladığı təhlükəsizlik tədbirlər planının konsepsiyası olmalıdır. Müvafiq dövlət qurumları bu kimi hadisələr baş verəcəyi təqdirdə nələr edilməlidirsə, öncədən bu barədə maarifləndirmə işləri aparmalıdır: “Bu gün meşə yanğınları, sel, daşqın, zəlzələ baş verəcək olan ərazilərdə yaşayan insanlar bu sahədə maariflənməlidir”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026