Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1534 vaksin vurulub.
Bu barədə Bakıvaxtı.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 210, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 194, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 994, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 136 nəfərdir.

















