• Bakı 25° C

    5.3 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Allahşükür Paşazadə Tbilisidə II İliya ilə görüşüb

CƏMİYYƏT

21 Iyul 2022 | 14:54 | Müəllif: Qalib İbrahimoğlu

Allahşükür Paşazadə Tbilisidə II İliya ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Tbilisiyə iki günlük səfəri çərçivəsində Gürcüstanın Katolikos-Patriarxı II İliya ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, Gürcüstan patriarxlığında baş tutan görüşdə tərəflər iki ölkə arasında dini-mədəni əlaqələr barəsində söhbət açıblar.

Qeyd olunub ki, Gürcüstan və Azərbaycan arasında əsrlər boyunca mehriban qonşuluq əlaqələri mövcud olub və hər iki ölkənin xalqları arasında tarixən möhkəm dostluq münasibətləri çərçivəsində yaşayıblar.

Söhbət zamanı Allahşükür Paşazadə erməni din xadimlərinin revanşizmə çağırışlar etdiyini və gəncləri silahlandıraraq insanları öldürməyə çağırış etdiyini qeyd edib. O, Azərbaycanın işğaldan azad etdiyi ərazilərində İslam dininə məxsus abidələrlə yanaşı, kilsələrin də bərpa edildiyini diqqətə çatdırıb.

Patriarx II İliya isə öz növbəsində ziyarətdən məmnunluğunu ifadə edib və fürsətdən istifadə edərək Azərbaycan Prezidenti İlham Əliyevə, həmçinin Birinci vitse-prezident Mehriban Əliyevaya salamlarının çatdırılmasını xahiş edib.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Qulliyev və səfirliyin əməkdaşları da iştirak ediblər/apa/.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026