• Bakı 18° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Nazir Kamal Abdullanın oğluna VƏZİFƏ VERDİ

CƏMİYYƏT

20 Avqust 2022 | 12:03 | Müəllif: Subhan Mahmudov

Nazir Kamal Abdullanın oğluna VƏZİFƏ VERDİ

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin rəis müavini təyin olunub.

Bakıvaxtı.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, ədliyyə naziri Fikrət Məmmədovun müvafiq əmri ilə bu vəzifəyə bir müddət əvvəl Mehdi Kamal oğlu Abdullayev layiq görülüb.

M.Abdullayev bu ilin aprel ayından Ədliyyə Nazirliyində çalışmağa başlayıb. O bir neçə il əvvəl də Azərbaycan Respublikası Ədliyyə Nazirliyində aparıcı mütəxəssis, İstintaq İdarəsində müstəntiq işləyib.

Qeyd edək ki, Mehdi Abdullayev Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın oğludur. M.Abdullayev bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin müşaviri vəzifəsində çalışıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR