• Bakı 22° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Bazar gününün HAVA PROQNOZU

CƏMİYYƏT

20 Avqust 2022 | 11:44 | Müəllif: Subhan Mahmudov

Bazar gününün HAVA PROQNOZU

Avqustun 21-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında yağmursuz. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 36-38° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-60 %, gündüz 30-35 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 24-29° isti olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR