• Bakı 26° C

    2.01 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

“SOCAR-STP” məhkəməlik oldu

CƏMİYYƏT

19 Sentyabr 2022 | 11:09

“SOCAR-STP” məhkəməlik oldu

“SOCAR-STP” MMC-ni məhkəməyə verilib.

Bakıvaxtı.az xəbər verir ki, işə təchizat və logistika xidmətləri göstərən “General Supply” QSC-nin iddiası əsasında Sumqayıt Kommersiya Məhkəməsində baxılacaq.

Kommersiya işin mahiyyəti alqı-satqı müqaviləsi üzrə mübahisələrlə bağlıdır. 

"SOCAR-STP" MMC-nin əsas fəaliyyət növü mexaniki avadanlıq emalatxanası və ağır kranlar zavodunu əhatə edən istehsalatı idarə etmək və qazma ləvazimatları, quyu tamamlanması, quyuiçi əməliyyatlar, fırlanan və təzyiq altında olan avadanlıq, fontan armaturu, APS (Advanced Parts Solution), ağır kranlar üçün texniki xidmət və təmir işlərini həyata keçirməkdən ibarətdir.

“SOCAR-STP” MMC-də 50% pay SOCAR, 50% pay Sumqayıt Texnologiyalar Parkına (STP) məxsusdur.

“General Supply” QSC  neft və qaz sahəsi üzrə müştərilərini təchizat xidmətləri ilə təmin edən şirkətdir.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026