• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

9 ay ərzində 432 min elektron arayış verilib

CƏMİYYƏT

19 Oktyabr 2022 | 10:43

9 ay ərzində 432 min elektron arayış verilib

2022-ci ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 432 min elektron arayış verilib.

Nazirlikdən Bakıvaxtı.az-a verilən xəbərə görə, son 4 ildə əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə elektronlaşma proqramı çərçivəsində Nazirliyin 30 e-arayış xidməti də istifadəyə verilib.

Bu e-xidmətlər vətəndaşlara iş yerinə və əlilliyə dair, pensiya, müavinət, təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə e-qaydada arayış əldə etmələrinə imkan yaradır.

Hazırda Nazirliyin e-sistemlərinin 31 qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlar tərəfindən bu ilin 9 ayında nazirliyin informasiya bazalarına edilən sorğu sayı 138,9 milyon olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026