“Gilan Holding” MMC-yə daxil olan şirkət cərimələndi.
Bakıvaxtı.az xəbər verir ki, “Qəbələ Konserv Zavodu” MMC barədə İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi əsasında protokol tərtib olunaraq Qəbələ Rayon Məhkəməsinə göndərilib.
Bu maddə su obyektlərinin mühafizəsi qaydalarını pozulması ilə bağlıdır.
Belə ki, su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə, fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.
Qeyd edək ki, 13 hektar sahədə yerləşən Qəbələ Konserv Zavodunun istehsal etdiyi əsas məhsullar “Jalə”, “Bağdan”, “Zolotoy Sad”, “Aycan” brendləri altında satılır. Həmin məhsullar təkcə daxili bazarda yox, həm də ABŞ, Yunanıstan, Almaniya, Rusiya, Ukrayna, Belarus, Estoniya, Latviya və Gürcüstan da daxil olmaqla, müxtəlif ölkələrə ixrac olunur.
İbRa










png-1671293995.webp)





