• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Vergi borcu olan şirkət tenderdə qalib gəlib 

CƏMİYYƏT

21 Iyul 2022 | 15:54

Vergi borcu olan şirkət tenderdə qalib gəlib

"Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhmdar Cəmiyyəti (ASC) tender qaydalarını pozub.

Bakıvaxtı.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, ASC Böyükşor gölünün mühafizəsinin təşkili məqsədilə köşklərinin və kondisionerlərin satın alınması üzrə tenderin qalibini açıqlayıb.

Qalib şirkət "N Tensile" MMC ilə 64 min 782 manatlıq müqavilə imzalanıb. 

Qeyd edək ki,  Dövlət Vergi Xidmətinin bu günə olan rəsmi məlumatına görə, "N Tensile"  MMC-nin 4791 manat cari vergi borcu yaranıb. “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri isə vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir. 

İbRa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026